12 mart 2025, çərşənbə Bakı, 11°C
IMG-LOGO

Şimali Makedoniya Prezidenti Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini anıb

11-03-2025
IMG

Ölkəmizdə rəsmi səfərdə olan Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova martın 11-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Fhnews.az xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Paylaş: