BDU-da petrologiya və filiz geologiyasının aktual problemləri araşdırılır
Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsində 27 Mart – Azərbaycan Respublikasında Elm Gününə həsr olunmuş silsilə tədbirlər çərçivəsində Ümumi və tarixi geologiya kafedrasının müdiri, professor Nazim İmamverdiyevin “Petrologiya və filiz geologiyasının aktual problemləri” mövzusunda elmi seminarı keçirilib.
BDU-dan verilən məlumata görə, məruzəçi maqma anlayışı, onun kristallaşma şəraiti, təkamülü, maqmatik süxurların təsnifatı və əmələgəlmə səbəbləri, formalaşmasında geokimyəvi məlumatlardan istifadə barədə məlumat verib, filiz yataqlarının təsnifatına müasir yanaşma və genezisinin müasir modellərini iştirakçıların diqqətinə çatdırıb.
Professor Nazim İmamverdiyev qeyd edib ki, maqmatik süxurları öyrənərkən dəqiq geokimyəvi analizlərin nəticələrindən istifadə etmək tövsiyə olunur. Belə dəqiq analizlərin köməyilə maqmatik süxurların hansı geodinamik şəraitdə formalaşması müəyyən edilir, genetik petroloji modellər qurulur. Filiz yataqları öyrənildikdə isə onların epitermal, porfir-epitermal yataq tiplərinə aid olması müəyyənləşdirilməlidir. Daha sonra onların aşağı və ya yüksək sulfid tiplərinə aid olması, dəqiq genetik təsnifatı aydınlaşdırılmalıdır. Məhz bu tiplərin dəqiqliklə müəyyənləşdirilməsi yeni yataqların kəşf olunmasına kömək edə bilər.
Sonda mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.
Dövlət və qeyri-dövlət uşaq...
Şimali Makedoniya Prezidenti ADA...
Folklor İnstitutunda tələbələrin...
ADA Universiteti “Bank of Baku”nun...
BDU əməkdaşları “Huawei”in 5G...