Norveç dənizində güclü zəlzələ qeydə alınıb
İslandiyanın paytaxtı Reykyavikdən 977 km şimal-şərqdə Norveç dənizində 6,6 bal gücündə zəlzələ qeydə alınıb.
Fhnews.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidməti məlumat yayıb.
Məlumata əsasən, bazar ertəsi Moskva vaxtı ilə saat 05:33-də (Bakı vaxtı ilə 06:33) qeydə alınan zəlzələnin episentri Jan Mayen adasından (Norveç) təxminən 8,5 km şimalda olub.
ABŞ Geoloji Xidməti zəlzələnin maqnitudasını 6,5 bal qiymətləndirib. Zəlzələnin ocağı 10 km dərinlikdə olub.
İspaniyada 18 yaşdan kiçik şəxslərə...
Fateh Sultan Mehmetin dövründə tikilən...
Ukrayna 30 günlük atəşkəs rejiminin...
Çirkab suların axıdıldığı İzmir...
Ötən il Fransada həddindən artıq istilər...