11 mart 2025, çərşənbə axşamı Bakı, 5°C
IMG-LOGO

Rəqəmsal oyun asılılığı: ekranda itən duyğular

08-03-2025
IMG

Dünya miqyasında aparılan tədqiqatlar rəqəmsal oyun asılılığı ilə aleksitimiya (emosiya korluğu) arasındakı əlaqəni getdikcə daha çox üzə çıxarır. Uşaqlar ekranda saatlarla vaxt keçirərkən, öz duyğularını tanımaqda və başqalarının duyğularını anlamaqda ciddi çətinliklərlə üzləşə bilərlər.

Amerika Psixiatriya Assosiasiyasının  son beş illik məlumatları göstərir ki, dünyada rəqəmsal oyun asılılığı halları 30 faiz artıb. Mütəxəssislər uzun müddət ekran qarşısında kilidlənən uşaqların emosional inkişafının pozulduğunu, onların emosiyaları tanımaq və ifadə etmək qabiliyyətinin xeyli aşağı düşdüyünü bildirir. Buna aleksitimiya əlavə olunduqda uşaqlar hiss etdiklərini anlamaqda və ətrafına çatdırmaqda çətinlik çəkirlər. Aleksitimiya insanın öz emosiyalarını tanımaqda və ifadə etməkdə çətinlik çəkməsidir. Fərdlər öz hisslərini 'rahatlıq və narahatlıq' kimi sadə sözlərlə çox kobud şəkildə təsvir edə bilərlər. Sosial təcrid və ailə daxilində ünsiyyətin olmaması vəziyyəti gücləndirir. 

Rəqəmsal oyun asılılığı bütün asılılıq növləri kimi fiziki və psixi sağlamlığa mənfi təsir göstərir. Saatlarla ekran qarşısında hərəkətsiz qalan uşaqlarda göz yorğunluğu, duruş pozğunluğu, bel və boyun ağrıları və köklük kimi problemlərlə yanaşı ciddi ünsiyyət problemləri də yaşanır.  Rəqəmsal oyun asılılığının qarşısını almaq üçün texnoloji cihazları tamamilə qadağan etmək əvəzinə, onları müəyyən müddətlə məhdudlaşdırmaq, müntəzəm fasilələr vermək lazımdır. Uşaqlarla açıq ünsiyyət qurmaq, sosial qarşılıqlı əlaqəni artıracaq fəaliyyətlər etmək, hətta birlikdə oyun oynamaq da sağlam yanaşma ola bilər.

Paylaş: