11 mart 2025, çərşənbə axşamı Bakı, 5°C
IMG-LOGO

Dünyada 8 Mart: Avropadan Asiyaya qədər etiraz nümayişləri

08-03-2025
IMG

Bu il 8 Mart Beynəlxalq Qadınlar Günü bütün ölkələrdə bərabərlik tələbini səsləndirən nümayişlərlə qeyd olunur. Dünyanın əksər ölkələrində qadınlar zorakılıq və bərabərsizliyə qarşı küçələrə axın edib. Avropadan Amerikaya, Asiyadan Afrikaya qədər bütün ölkələrdə hökumətlərin qadın siyasətinə etiraz edilib.Məsələn, Boliviyanın La Paz şəhərində 8 Mart Beynəlxalq Qadınlar Günü öncəsi toplaşan minlərlə qadın pankartlarla yürüş edib. İspaniyanın paytaxtı Madriddə də qadınlar meydanlarda olub. Paytaxt Kiyevdə keçirilən mitinqdə Rusiya ilə müharibədə şəhid olan qadınların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İtaliyadakı etirazların ünvanı isə Roma olub.Burada da qadınlar pankartlarla yürüş ediblər. Hindistanın Mumbay şəhərində qadınlar etirazlarını yoqa ilə bildiriblər. 
Əhmədabad şəhərində keçirilən nümayiş zamanı Qucaratidə “Bütün təcavüz edənlərə nümunəvi cəza verin” yazılmış pankartla yürüş keçirilib.

Filippinin paytaxtı Manilada keçirilən etiraz aksiyasında isə qadınlar rəqs ediblər. Nigeriyanın Laqos şəhərindəki Mobolaji Conson stadionunda keçirilən bayram şənliyində qadınlar mahnı oxuyub və yürüşə çıxıblar.

Paylaş: