Kəbədə 500 min ziyarətçi ilə gündəlik Ümrə rekordu qırılıb
Səudiyyə Ərəbistanındakı Haremeyn İşləri Müdirliyi tarixdə ən yüksək gündəlik Ümrə ziyarətinin 7 martda 500 min nəfərlə rekord həddə olduğunu açıqlayıb.
Səudiyyə Ərəbistanının rəsmi agentliyi olan “SPA”-nın xəbərinə görə, Məscidül-Həramın girişlərində yüksək texnologiyalı həssas sensorlar vasitəsilə Ümrə zəvvarlarının sayı anında izlənilməyə başlanıb.
Bu yeni texnologiya Həcc və Ümrə ziyarətləri zamanı izdihamın idarə edilməsini optimallaşdırmaq, giriş və çıxış axınına nəzarət etməklə daha səmərəli rəhbərlik təmin etmək məqsədi daşıyır.
Bundan əlavə, qabaqcıl smart kameralar sayəsində giriş nöqtələrindəki fəaliyyət anında izlənilir. Beləliklə, sıxlığı yüksək olan ərazilər tez bir zamanda müəyyən edilir və daha effektiv idarəetmə təmin edilir.
Harameyn İşləri Baş Rəhbərliyi sözügedən sistemin ilk növbədə əsas girişlərdə istifadə edildiyini və gələcəkdə Məscidül-Haramın hər yerində genişləndiriləcəyini açıqlayıb. Qeyd edək ki, qərargahı Məkkədə olan Harameyn İşləri Rəhbərliyinə Məkkə və Mədinədə müqəddəs yerlərlə bağlı qurum və təşkilatlar daxildir.
İspaniyada 18 yaşdan kiçik şəxslərə...
Fateh Sultan Mehmetin dövründə tikilən...
Ukrayna 30 günlük atəşkəs rejiminin...
Çirkab suların axıdıldığı İzmir...
Ötən il Fransada həddindən artıq istilər...