ICESCO alimləri iqlim böhranının mədəni irsə təsiri ilə bağlı strateji araşdırmada iştirak etməyə dəvət edir
İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) mədəni irsin qorunması və iqlim dəyişikliyinin mədəniyyətə təsiri ilə bağlı tədqiqatlar üzrə alimləri, ekspertləri və mütəxəssisləri iqlim dəyişikliyi nəticəsində yaranan ekoloji problemlərin həllində mədəniyyət və irsin rolunun artırılmasına yönəlmiş strateji araşdırmanın hazırlanmasında iştirak etməyə dəvət edir. Tədqiqat, həmçinin İslam dünyası ölkələrində mədəni kimliyin qorunub saxlanması üçün birgə səyləri təşviq etməyə yönəlib.
Fhnews.az təşkilatın saytına istinadla xəbər verir ki, strateji tədqiqatın məqsədi müasir texnologiya və süni intellektdən istifadə etməklə texnoloji tərəqqi və mədəni irsin qorunması arasında davamlı tarazlığa nail olmaq, iqlim dəyişikliyinin sürətləndirici təsirlərini yumşaltmaq, onun törətdiyi fəsadları aradan qaldırmaq və bununla bağlı effektiv tədbirləri araşdırmaq məqsədi daşıyır.
İslam ölkələrindən olan alimlər və ekspertlər araşdırmaya necə töhfə verə biləcəklərini izah edən 300 sözdən çox olmayan xülasə və müraciətlərini martın 31-dək ICESCO-nun baş ofisinə təqdim edə bilər.
Tədqiqatın əsas dili ingiliscədir. Elmi işlər 2025-ci ilin sentyabrında nəşrə hazırlanacaq.
Xocalıda Yel çərşənbəsinin tonqalı...
Bahar Muradova Nyu-Yorkda macarıstanlı...
Azərbaycanda daha 131 hərbi qulluqçu...
Erməniəsilli şahid: Vardanyanın...
Vardanyanın məhkəməsində erməniəsilli...