12 mart 2025, çərşənbə Bakı, 10°C
IMG-LOGO

Basketbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə start verilir

11-03-2025
IMG

Bu gün basketbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə start veriləcək.

Fhnews.az xəbər verir ki, ilk oyun günündə iki matç keçiriləcək.

Əvvəlcə meydana “Şəki və NTD komandaları çıxacaqlar. Görüş saat 16:00-da başlayacaq.

Günün son oyununda isə “Naxçıvan” “Abşeron”la üz-üzə gələcək. Bu qarşılaşma isə saat 19:00-da start götürəcək.

Hər iki oyun Bakı İdman Sarayında təşkil olunacaq.

Qeyd edək ki, bu raundun digər iki matçı martın 12-də keçiriləcək.

Paylaş: