12 mart 2025, çərşənbə Bakı, 10°C
IMG-LOGO

Saturn ətrafında 128 yeni peyk kəşf edilib

12-03-2025
IMG

Beynəlxalq Astronomiya İttifaqı tərəfindən rəsmi olaraq tanınan bu kəşflə Saturnun məlum peyklərinin sayı 274-ə yüksəlib. Beləliklə, 95 peyki olan Yupiter sıralamada ondan geridə qalıb.

Qeyd edək ki, 2019-2021-ci illər arasında aparılan müşahidələr Saturnun orbitində 62 yeni peykin olduğunu göstərib. Bununla belə, bəzi kiçik göy cisimləri hələ dəqiqliklə təsnif edilməmişdir. Yeni kəşf edilən peyklər Yerin peyki kimi böyük və dairəvi deyil. Bu kiçik və nizamsız formalı göy cisimləri “düzgün olmayan peyklər” kimi təsnif edilir.

Tədqiqatçıların fikrincə, bu kiçik peyklərin yaranmasına təxminən 100 milyon il əvvəl baş verən toqquşma səbəb olub.Yeni kəşf edilən peyklərin əksəriyyəti Saturnun "Skandinaviya qrupu" kimi tanınan retrograd orbitdəki peykləri bölgəsində aşkar edilib. Bu onu göstərir ki, son vaxtlar bölgədə böyük bir toqquşma baş verib.

Alimlər bu kəşfin Saturn və Günəş sisteminin tarixini daha yaxşı başa düşmək baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayırlar.

Gələcək müşahidələr bu peyklərin əmələ gəlməsi prosesi və onların orbitlərinin təkamülü haqqında daha çox məlumat verə bilər.

Paylaş: