12 mart 2025, çərşənbə Bakı, 9°C
IMG-LOGO

Xankəndidə çərşənbə tonqalları yandırılıb

11-03-2025
IMG

Bu gün Xankəndi şəhərində Novruz çərşənbələrinin üçüncüsü - Yel çərşənbəsi qeyd olunub.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Xankəndi şəhərinin mərkəzində yandırılan tonqalın ətrafına ictimaiyyət nümayəndələri, rayon sakinləri, tələbələr, orta məktəb şagirdləri toplaşıblar. Uşaqlar və gənclər rəqs edib, mahnı oxuyublar.

Qeyd edək ki, martın 18-də meydanda bayram konserti olacaq.

Paylaş: