12 mart 2025, çərşənbə Bakı, 10°C
IMG-LOGO

Tramp Kanadadan polad və alüminium idxalına əlavə 25 faiz rüsum tətbiq edib

12-03-2025
IMG

ABŞ Prezidenti Donald Tramp Kanadadan polad və alüminium idxalına tarifləri əlavə olaraq 25 faiz artırmağa və ümumi rüsumları 50 faizə çatdırmağa dair qərar verib. Yeni qərar martın 12-si səhər qüvvəyə minəcək.

Tramp Kanada hökumətinin ABŞ-dan elektrik enerjisi ixracına 25 faiz rüsum tətbiq etmək qərarına cavab olaraq ən son tarifləri tətbiq etdiyini söyləyib.

Paylaş: