AZAL: Moskva üzərində hava məkanı açılıb, Bakı-Moskva marşrutu üzrə reyslər yola düşüb YENİLƏNİB
Rusiya Federasiyasının Moskva şəhəri üzərində hava məkanının açılması ilə əlaqədar Azərbaycan Hava Yolları (AZAL) aviaşirkətinin Bakı-Moskva marşrutu üzrə həyata keçirilən J2-807 (Vnukovo) və J2-181 (Domodedovo) nömrəli reysləri müvafiq olaraq saat 12:25 və 12:35-də yola düşüb.
11:09
Rusiyanın Moskva şəhəri üzərində hava məkanının bağlanması səbəbindən “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Bakı-Moskva marşrutu üzrə həyata keçirilən J2-807 (Vnukovo) və J2-181 (Domodedovo) nömrəli reyslərində gecikmələr müşahidə olunur.
AZAL-dan verilən məlumata görə, uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə AZAL vəziyyəti diqqətlə izləməyə davam edir və sərnişinləri baş verə biləcək dəyişikliklər barədə mütəmadi olaraq məlumatlandıracaq.
Gecikən reyslərin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq bütün zəruri vasitələrlə təmin olunurlar.
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini...
Azərbaycanda əmək müqavilələrinin sayı...
Bərdədə 11 yaşayış məntəqəsini...
Nazirlik: Azərbaycan və İspaniya...
Azərbaycan və İspaniya arasında strateji...