11 mart 2025, çərşənbə axşamı Bakı, 4°C
IMG-LOGO

Azərbaycanda qüvvədə olan ixtira patentlərinin çoxu kimya və metallurgiya sahəsinə aiddir

10-03-2025
IMG

2024-cü ilin təhlil yekunlarına əsasən Azərbaycanda qüvvədə olan ixtira patentlərinin ən çoxu Ümumdünya Əqli Mülkiyyət Təşkilatı “Beynəlxalq Patent Təsnifatı”nın “Kimya və metallurgiya” bölməsinə - 159 (42,8 faiz) aid olub. Onun ardınca “Tikinti və dağ-mədən işi” bölməsi - 58 (15,6 faiz), “İnsanın həyati tələbatlarının təmin edilməsi” bölməsi - 55 (14,8 faiz), “Fizika” bölməsi - 34 (9.2 faiz) olub.

Fhnews.az xəbər verir ki, bu barədə məlumat Əqli Mülkiyyət Agentliyinin hesabatında yer alıb.

Paylaş: