BMT: Cənubi Sudanın sülh prosesi artan zorakılıq fonunda təhlükə altındadır
BMT-nin İnsan Hüquqları Komissiyası xəbərdarlıq edib ki, Cənubi Sudanda son zamanlar artan zorakılıq və siyasi gərginliklər kövrək sülh prosesini təhlükə altına qoyur.Bu xəbərdarlıq 2018-ci ildə vətəndaş müharibəsinə son qoyan sülh razılaşmasının gələcəyinə şübhə yaradan, vitse-prezident Riek Maçarın tərəfdarlarına sadiq olan bəzi rəsmilərin həbsindən sonra gəlib.
“Biz illərlə əldə edilən çətin nailiyyətlərin itirilməsinə səbəb ola biləcək narahatedici bir geriləmənin şahidi oluruq” deyə BMT-nin Cənubi Sudanda İnsan Hüquqları Komissiyasının sədri Yasmin Sooka bəyan edib.
O, liderləri sülh prosesinə təcili olaraq diqqət yetirməyə, Cənubi Sudan vətəndaşlarının insan hüquqlarını qorumağa və demokratiyaya keçidi təmin etməyə çağırıb.
Qeyd edək ki, gərginliklər bu ayın əvvəlində, Prezident Salva Kiirə sadiq təhlükəsizlik qüvvələrinin Maçarla əlaqəli iki naziri və bir neçə yüksək rütbəli hərbi rəsmiləri həbs etməsi ilə başlayıb.Bu hadisələr, əsasən Maçarın etnik Nuer icmasından olan Ağ ordu milis qrupu ilə milli qüvvələr arasında Nasir şəhərində baş verən zorakı toqquşmalar fonunda baş verib.
Zorakılıq ölkənin münaqişə edən tərəflərini vahid hökumət altında birləşdirməli olan hakimiyyət bölgüsü razılaşmasının pozulacağına dair narahatlıqları artırıb.“Liderlər bölünmə və münaqişəni artırmaq əvəzinə, sülh prosesinə təcili olaraq diqqət yetirməlidirlər”, -deyə Sooka vurğulayıb.
Həbslər Maçarın fraksiyası ilə Ağ ordu milis qrupu arasında hərbi qarnizona hücum etməkdə ittiham olunan birgə əməkdaşlıq iddiaları ilə əlaqələndirilib. Lakin Maçarın partiyası bu ittihamları rədd edib.
İnformasiya naziri Maykl Makuei bildirib ki, həbslər qanunla bağlı münaqişələr səbəbindən həyata keçirilib.Xatırladaq ki, Nasirdən əsgərləri təxliyə etməyə çalışan bir BMT helikopteri cümə günü vurulub, nəticədə bir ekipaj üzvü və bir neçə əsgər həlak olub.Bu hücum bölgədəki gərgin vəziyyəti daha da artırıb.
BMT komissiyasının digər üzvü Barney Afako da narahatlıqlarını ifadə edərək, vəziyyəti ölkəni keçmişdə məhv edən məsuliyyətsiz hakimiyyət mübarizələrinə qayıdış kimi təsvir edib.Afako vurğulayıb ki, Cənubi Sudan xalqı yeni bir müharibə prosesinə deyil, dinc yaşamağa və sülhə layiqdir.
İspaniyada 18 yaşdan kiçik şəxslərə...
Fateh Sultan Mehmetin dövründə tikilən...
Ukrayna 30 günlük atəşkəs rejiminin...
Çirkab suların axıdıldığı İzmir...
Ötən il Fransada həddindən artıq istilər...