Berlində yaşayış binasında yanğın baş verib, yaralananlar var
Almaniyanın paytaxtı Berlində çoxmənzilli binada yanğın baş verib, nəticədə 16 nəfər yaralanıb.
Fhnews.az xəbər verir ki, bu barədə Berlin Yanğınsöndürmə Xidməti məlumat yayıb.
“[Berlinin Kroytsberq rayonunda] beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində mənzil yanıb. Ümumilikdə 15 nəfər yüngül, 1 nəfər isə ağır xəsarət alıb", – qurumun rəsmi saytında bildirilib.
Hadisə yerinə təxminən 70 yanğınsöndürən cəlb edilib, onlar alovu söndürərək sakinlərin təxliyəsinə kömək ediblər. Yaralılardan dördü xəstəxanaya yerləşdirilib. Yanğının səbəbi hələ müəyyən edilməyib.
İspaniyada 18 yaşdan kiçik şəxslərə...
Fateh Sultan Mehmetin dövründə tikilən...
Ukrayna 30 günlük atəşkəs rejiminin...
Çirkab suların axıdıldığı İzmir...
Ötən il Fransada həddindən artıq istilər...