Azərbaycan boksçusu dünya çempionatına qələbə ilə başlayıb
Serbiyanın Niş şəhərində qadın boksçular arasında dünya çempionatına start verilib.
Fhnews.az xəbər verir ki, mundialın ilk günündə Azərbaycan millisinin bir idmançısı rinqə çıxıb.
Əlli kiloqram çəki dərəcəsində mübarizə aparan Marjona Savriyeva debütdə Mihaela Badesku (Rumıniya) ilə döyüşüb. Rəqib ikinci raundda zədələndiyindən həkimlər görüşün davamına icazə verməyiblər. İlk raundu xeyrinə bitirən Savriyeva mərhələ adlayıb. O, 1/8 finalda ilk mərhələdən azad olan bolqarıstanlı Zlatislava Çukanova ilə üz-üzə gələcək. Döyüş martın 11-də baş tutacaq.
Qeyd edək ki, mundialın ikinci günündə millimizin 2 boksçusu gücünü yoxlayacaq.
Avropa çempionatı: Azərbaycanın qadın...
Azərbaycanın qadın güləşçisi Avropa...
Kross qaçışı üzrə Bakı şəhər yaz...
Bakıda kəndirlə mübarizə idman növü üzrə...
Çimərlik futbolu üzrə Azərbaycan millisi...