11 mart 2025, çərşənbə axşamı Bakı, 5°C
IMG-LOGO

Azərbaycana bəzi ölkələrdən məhsul idxalına müvəqqəti məhdudiyyət qoyulub

10-03-2025
IMG

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Macarıstanın Dyör-Moşon-Şopron bölgəsində dabaq, Rumıniyanın Bixor bölgəsində xırdabuynuzlu heyvanların taunu, Albaniya Respublikasının Dürres bölgəsində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Respublika ərazisinin həmin yoluxucu xəstəliklərdən qorunması üçün zonalaşma prinsipi nəzərə alınmaqla, Dyör-Moşon-Şopron bölgəsindən cütdırnaqlı heyvanların, habelə onlara aid xammal və məhsulların, Bixor bölgəsindən xəstəliyə həssas diri ev və vəhşi xırdabuynuzlu heyvanların, onlara aid genetik materialların, həmçinin qeyd olunan ev heyvanlarından alınan məhsulların, Dürres bölgəsindən diri quş və quşçuluq məhsullarının idxalı və tranzit daşınması ilə bağlı ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq edilib.

Eyni zamanda, müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Paylaş: