Bakıda “Kənddən şəhərə” Novruz yarmarkası fəaliyyətə başlayıb
Novruz bayramı ilə əlaqədar olaraq martın 8-dən 19-dək Kənd Təsərrüfatı Nazirliyinin (KTN) tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC “Kənddən şəhərə” Novruz yarmarkası təşkil edib.
Fhnews.az xəbər verir ki, yarmarka paytaxtın Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (metronun “Gənclik” stansiyasının çıxışı) ünvanında açılıb.
Gündəlik keçiriləcək yarmarkanın əsas üstünlüklərindən biri məhsulların fermerlərin özləri tərəfindən birbaşa olaraq satışa çıxarılmasıdır.
On iki gün fasiləsiz davam edəcək yarmarkanın təşkilində əsas məqsəd bayram günlərində vətəndaşların kənd məhsullarına artan tələbatlarını yerli və sağlam məhsullarla təmin etmək, yerli fermer təsərrüfatları üçün alternativ satış kanalı yaratmaqdır.
Vətəndaşlar Novruz yarmarkasından kənd təsərrüfatı məhsullarını sərfəli qiymətə elə fermerlərin özündən almaq imkanı əldə ediblər.
Ümumilikdə 20-dən çox regiondan fermerlərin iştirak etdiyi yarmarkada 150-dən çox çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışı həyata keçirilir.
Qeyd edək ki, “Kənddən şəhərə” Novruz yarmarkasında satışa çıxarılan məhsullar yarmarkada iştirak üçün əvvəlcədən qeydiyyatdan keçmiş fermerlər tərəfindən alıcılara təqdim olunur. Həmin fermerlər ödənişsiz piştaxta, tərəzi, soyuducu və digər ləvazimat və avadanlıqlarla tam təchiz olunmaqla məhsullarını şəhər sakinlərinə təqdim edirlər.
Məhsulların keyfiyyətinə nəzarət etmək məqsədilə yarmarkada Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Səyyar Qida Laboratoriyası fəaliyyət göstərir. Yarmarkada satışa çıxarılan hər hansı məhsulun keyfiyyət göstəricilərini öyrənmək üçün vətəndaşlar laboratoriyanın xidmətlərindən də faydalana bilərlər.
Xocalıda Yel çərşənbəsinin tonqalı...
Bahar Muradova Nyu-Yorkda macarıstanlı...
Azərbaycanda daha 131 hərbi qulluqçu...
Erməniəsilli şahid: Vardanyanın...
Vardanyanın məhkəməsində erməniəsilli...