12 mart 2025, çərşənbə Bakı, 10°C
IMG-LOGO

“Talassemiyasız həyat naminə”: Tərtərdə qanvermə aksiyası keçirilib

11-03-2025
IMG

Talassemiyadan əziyyət çəkən uşaqlara qan toplamaq məqsədilə Tərtərdə qanvermə aksiyası təşkil edilib.

Fhnews.az xəbər verir ki, Səhiyyə Nazirliyinin, Respublika Qan Bankının və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən aksiyada rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların kollektivləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri, gənclər könüllü olaraq iştirak ediblər.

Qanvermə aksiyasında iştirak edənlər əvvəlcə müayinədən keçib, onlardan qan analizi götürülərək sağlam olub-olmamaları müəyyənləşdirilib. Aksiyada 200 nəfər qan verib.

Respublika Qan Bankının əməkdaşları tərəfindən toplanan qan ehtiyacı olan xəstələrin müalicəsində istifadə olunacaq.

Paylaş: