Londonda “Tower Bridge” körpüsü bağlanıb
Londonda yerləşən məşhur “Tower Bridge” körpüsü müvəqqəti olaraq nəqliyyat və piyadalar üçün bağlanıb.
Fhnews.az “Sky News”a istinadla xəbər verir ki, hadisəyə bir nəfərin körpünün üst dayaqlarından birinə çıxması səbəb olub. Yanğınsöndürənlər hadisə yerinə cəlb olunub, xilasetmə məqsədilə nərdivan quraşdırılıb və həmin şəxslə ünsiyyət qurmağa cəhd edilib.
Təxminən iki saat sonra London polisi şəxsin təhlükəsiz şəkildə yerə endiyini və körpünün qısa müddət ərzində yenidən açılacağını açıqlayıb.
Polis məsələ ilə bağlı əlavə məlumat verməyib.
İspaniyada 18 yaşdan kiçik şəxslərə...
Fateh Sultan Mehmetin dövründə tikilən...
Ukrayna 30 günlük atəşkəs rejiminin...
Çirkab suların axıdıldığı İzmir...
Ötən il Fransada həddindən artıq istilər...