Tovuzda restoranda yanğın olub (video)
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Tovuz rayonu, Abulbəyli kəndində restoranda yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Tovuz rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri dərhal əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində vətəndaşa məxsus ikimərtəbəli restoranda baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 946kv.m. olan restoranın dam örtüyü 30 kv.m. sahədə, 1 ədəd monitor və 1-ci mərtəbədə taxtadan ibarət arakəsmə 100kv.m. sahədə yanıb.
Restoranın böyük hissəsi yanğından mühafizə olunub.
Qarayazı qoruğunda baş verən yanğın...
Ağstafada Qarayazı qoruğunda yanğın olub...
Xaçmazda yük avtomobili yanıb...
Abşeronda yanğın olub...
Tovuzda restoranda yanğın olub (video)...