Moskva vilayətində istixana kompleksində yanğın baş verib, dörd nəfər ölüb
Moskva vilayətində istixana kompleksində güclü yanğın baş verib, dörd nəfər həlak olub.
Fhnews.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Moskva vilayəti üzrə Baş İdarəsi məlumat yayıb.
Məlumata görə, yanğın 1050 kvadratmetr ərazini əhatə edib.
"Moskva vilayətində baş verən yanğında dörd nəfər həlak olub. Yanğının qarşısı alınıb", - qurumdan bildirilib.
Yanğının söndürülməsi üçün 22 nəfər və 7 texnika cəlb edilib. “Shot” teleqram kanalının məlumatına görə, yanğın qaz partlayışı nəticəsində başlayıb.
İspaniyada 18 yaşdan kiçik şəxslərə...
Fateh Sultan Mehmetin dövründə tikilən...
Ukrayna 30 günlük atəşkəs rejiminin...
Çirkab suların axıdıldığı İzmir...
Ötən il Fransada həddindən artıq istilər...