Qazaxıstan ilin sonuna qədər yerli xərçəng dərmanını qeydiyyata alacaq
Qazaxıstanda xərçəngə qarşı yerli istehsal olan dərman hazırda 2-ci faza klinik sınağındadır və onun qeydiyyatı ilin sonuna gözlənilir.
Fhnews.az Kazinform informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin elm və ali təhsil naziri Sayasat Nurbek açıqlama verib. Bildirilib ki, faza 1 klinik sınaqları keçən il tamamlanıb. Təcrübələrdə iştirak edən xəstələrin sayı artıb. Keçən il dərman yalnız kolon xərçənginin müalicəsi üçün sınaqdan keçirilirdisə, hazırda bütün xərçəng növlərinin müalicəsi üçün sınaqdan keçirilir.
Nazir əlavə edib ki, testlər yeni dərman müalicəsinin yaxşı nəticə verdiyini göstərir. Şişlərdə böyümə orta hesabla 30 faiz azalıb və dərman qəbul edən xərçəng xəstələrində irəliləyişlər müşahidə olunub. Bildirilib ki, ilin sonunda nəticələri təqdim etmək üçün mətbuat konfransı keçiriləcək.
Saturn ətrafında 128 yeni peyk kəşf...
İqlim sammiti üçün Amazon meşələrində...
Çin alimləri tərəfindən insult və...
Tramp Kanadadan polad və alüminium...
Avstraliyalı xəstə süni ürəklə 100 gün...