Bu il binalardan alınan yaşayış və qeyri-yaşayış sahələrinə görə 6 milyon manat ƏDV qaytarılıb
“ƏDV geri al” layihəsi çərçivəsində fiziki şəxs olan istehlakçılara pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin müvəkkil banklar tərəfindən qaytarılan həcmi 2025-ci ilin yanvar-fevral aylarında 30 milyon 721 min manat olub.
Dövlət Vergi Xidmətindən verilən məlumata görə, “ƏDV geri al” layihəsi çərçivəsində fiziki şəxs olan istehlakçılara bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin yanvar-fevral ayları ərzində qaytarılan həcmi isə 6 milyon 191,4 min manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini...
Azərbaycanda əmək müqavilələrinin sayı...
Bərdədə 11 yaşayış məntəqəsini...
Nazirlik: Azərbaycan və İspaniya...
Azərbaycan və İspaniya arasında strateji...