12 mart 2025, çərşənbə Bakı, 9°C
IMG-LOGO

İspaniyada 18 yaşdan kiçik şəxslərə spirtli içkilərin satışı və reklamı qadağan edilib

11-03-2025
IMG

İspaniyada azlıqda olan solçu koalisiya hökuməti spirtli içki satışının və reklamının 18 yaşdan aşağı olanlara məhdudlaşdırılmasına dair qanun layihəsini təsdiqləyərək parlamentə göndərib.

İspaniyada 14-18 yaş arası hər 4 gəncdən 3-nün son bir ildə ən az bir dəfə spirtli içki qəbul etdiyini göstərən son araşdırmadan sonra hərəkətə keçən ölkənin Səhiyyə Nazirliyinin hazırladığı layihə Nazirlər Kabineti tərəfindən qəbul edilib.

Hökumətin qəbul etdiyi və parlamentin təsdiqini tələb edən bu qərara əsasən, 18 yaşına çatmamış şəxslərin spirtli içkilərdən istifadəsinin dayandırılması, onların içə biləcəyi yerlərin məhdudlaşdırılması, təşviqə səbəb ola biləcək reklam və sponsorluqların qadağan edilməsi hədəflənib. Qanun layihəsində qida və içki sənayesində istifadə edilən stul, stol, tente, çətir və salfetka kimi məhsulların üzərində spirtli içki reklamının qadağan edilməsi də yer alıb.

Sözügedən qanun layihəsi təsdiqləndikdən bir il sonra qüvvəyə minəcək.

Paylaş: