11 mart 2025, çərşənbə axşamı Bakı, 5°C
IMG-LOGO

Ciu-citsunun Nevaza növü üzrə Respublika Çempionatı və Assosiyasiya Kuboku keçirilib

10-03-2025
IMG

Qobustan Olimpiya İdman Kompleksində ciu-citsu üzrə Respublika çempionatı və Assosiyasiya kuboku keçirilib.

Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyasından verilən məlumata görə, yarışda 200-ə yaxın idmançı qüvvəsini sınayıb. Beynəlxalq Ciu-citsu federasiyası tərəfindən təyin olunan çəki dərəcələri və bütün yaş qrupları üzrə baş tutan mübarizədə ilk 3 yeri tutan idmançılar fəxri kürsüyə yüksəliblər. Qaliblərə müvafiq olaraq, qızıl, gümüş, bürünc medallar, həmçinin, diplomlar və hədiyyələr təqdim olunub. Nəticələrə əsasən, ölkəmizi beynəlxalq yarışlarda təmsil edəcək yığma komandanın tərkibi formalaşdırılıb.

Yarışın bu dəfə paytaxtdan kənarda keçirilməsinin məqsədi regionlarda idmanın inkişafına və sağlam ruhlu gənclərin yetişməsini təmin etməkdir.

Paylaş: