11 mart 2025, çərşənbə axşamı Bakı, 4°C
IMG-LOGO

İran prezidenti Pezeşkian: "Ciddi su böhranı yaşayırıq"

08-03-2025
IMG

İran prezidenti Məsud Pezeşkian ölkədə su qıtlığının olduğunu bəyan edib və mövcud ehtiyatlardan qənaətlə istifadə olunmayacağı təqdirdə bu mövzuda problem yaşayacaqları barədə xəbərdarlıq edib.

İranın dövlət televiziyasının məlumatına görə, paytaxt Tehranda keçirilən 17 milyard dollarlıq enerji sərmayəsi layihəsinin imzalanma mərasimində çıxış edən Pezeşkian ölkədəki enerji probleminə və bir neçə ay əvvəl baş verən elektrik enerjisinin kəsilməsinə toxunub. Enerji sektorunda həddindən artıq və gərəksiz istehlakın cəmiyyətin əsas problemlərindən biri olduğunu bildirən Pezeşkian "Həddindən artıq istehlakın idarə edilməsi və qarşısının alınması ilə enerji sektorundakı çatışmazlıq və balanssızlıqdan yaranan problemləri həll etməliyik və bunu ictimaiyyətin əməkdaşlığı və iştirakı ilə mütləq edəcəyik"-deyə bildirib. Pezeşkiyan elektrik kəsilməsinə görə yenidən ictimaiyyətdən üzr istəyib.

Çətin bir qış dövrü keçirdiklərini bildirən İran prezidenti fikirlərini  belə əsaslandırıb: 

“Çətin qış dövrünü geridə qoyduq. Tankerlərimizdəki qaz ehtiyatları elektrik stansiyalarının tələbatını ödəməyə kifayət etmirdi. Təbii ki, Neft və Energetika Nazirliyindəki dəyərli dostlarımız böyük zəhmətlə hasilatı artırmaq və bu çətin dövrü bağlamaqla nöqsanları kompensasiya edə bildilər və qışda camaat qazsız qalmadı.“

Ölkədə quraqlıq və həddindən artıq istehlakdan qaynaqlanan su qıtlığına işarə edən Pezeşkian bildirib ki, hazırda ciddi bir su böhranı yaşayırıq. Bundan düzgün istifadə etməsək, mütləq problemlər yaşayacağıq. Planlarımızı həyata keçirə bilməmiz üçün optimal su istehlakı kampaniyasına ehtiyacımız var.

İranda davam edən quraqlıq səbəbindən bəndlərdə suyun səviyyəsinin azaldığı bildirilib.

Paylaş: