11 mart 2025, çərşənbə axşamı Bakı, 4°C
IMG-LOGO

Qvatemalada Fueqo vulkanı püskürüb

10-03-2025
IMG

Paytaxt Qvatemala şəhərindən təqribən 50 kilometr cənub-qərbdə yerləşən Fueqo vulkanı ötən gecə püskürüb.

Təxminən 300 ailənin təxliyə edildiyini bildirən səlahiyyətlilər, bölgədə yaşayan 30 min insanın risk altında ola biləcəyi barədə xəbərdarlıq edib.Hələlik itkilər barədə məlumat verilməyib.

Hündürlüyü 3 min 763 metrə çatan "Fueqo vulkanı" Mərkəzi Amerikanın ən aktiv vulkanlarından biridir.

Vulkan 2018-ci ildə püskürüb və təxminən 200 nəfərin ölümünə səbəb olub.

Paylaş: