Bir gecə yuxusuz qalsaq nə olar?
Alimlərin fikrincə, yalnız bir gecə yuxusuzluq bədənimizin immunitet sistemini pozur. “The Journal of Immunology”də dərc olunan araşdırmada gənc və sağlam fərdlərin 24 saatlıq yuxusuzluq dövrünə məruz qalması nəticəsində immun hüceyrələrində əhəmiyyətli dəyişikliklər müşahidə edilib.
Alimlər bildirirlər ki, immunitet yuxu rejiminə son dərəcə həssasdır və hətta qısa müddətli yuxusuzluq da iltihaba səbəb ola bilər. Bu dəyişikliklər uzun müddətdə davam edərsə, diabet, ürək xəstəlikləri və piylənmə kimi xroniki xəstəliklərin riskinin arta biləcəyi vurğulanır. Tədqiqatda immunitet sisteminin əsas quruluş bloklarından biri olan 'monositlər' araşdırılıb. Monositlər bədəni xarici təhlükələrdən qoruyan hüceyrələrdir və üç fərqli tipə bölünür: klassik, aralıq və qeyri-klassik monositlər. Qeyri-klassik monositlər, xüsusən də bədəni patrul edir, iltihabı hiss edir və immunitet reaksiyasını tənzimləyir.
Elm adamları araşdırmada 237 sağlam insanın yuxu rejimi və immun hüceyrə profillərinin araşdırıldığını açıqlayıb. Nəticələr, obez insanların yuxu keyfiyyətinin daha aşağı olduğunu və bədənlərində iltihabın daha yüksək olduğunu göstərib. Bundan əlavə, 24 saat yuxusuz qalan sağlam insanların immun sistem profillərində oxşar dəyişikliklərin baş verdiyi aşkar edilmişdir. Araşdırmaya rəhbərlik edən Fatema Əl-Rəşid bugünkü cəmiyyətdə yuxu rejiminin getdikcə daha çox pozulduğunu qeyd edərək, “Texnologiyanın inkişafı, ekran vaxtının artması və sosial vərdişlərin dəyişməsi nizamlı yuxu saatlarına getdikcə daha çox təsir edir. Yuxu rejimindəki bu pozulmalar immun sistemimiz və ümumi sağlamlığımız üçün ciddi nəticələrə səbəb ola bilər" -deyə bildirib.
Məqsədlərinin yuxu sağlamlığının xalq sağlamlığı üçün əhəmiyyətini vurğulayan strategiyalar inkişaf etdirmək olduğunu ifadə edən Əl-Rəşid "İş yerlərində texnologiyanın istifadəsi üçün təlimatlar və yuxuya uyğun tətbiqlər kimi tədbirlər iltihaba əsaslanan xəstəliklərin yayılmasının qarşısını almaqda təsirli ola bilər" -deyərək məsələyə münasibətini bildirib.
İspaniyada 18 yaşdan kiçik şəxslərə...
Fateh Sultan Mehmetin dövründə tikilən...
Ukrayna 30 günlük atəşkəs rejiminin...
Çirkab suların axıdıldığı İzmir...
Ötən il Fransada həddindən artıq istilər...