Avropa çempionatı: Azərbaycanın qadın güləşçisi qızıl medal qazanıb
Azərbaycanın qadın güləşçisi Günay Qurbanova (59 kq) Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanıb.
Fhnews.az xəbər verir ki, o, finalda italiyalı Aurora Russoyla qarşılaşıb.
U-20 Avropa və dünya çempionu ünvanına sahib olan rəqib güləşçiylə görüşə daha inamlı başlayan G.Qurbanova ilk hissədə qazandığı 4 xalla qələbəni təmin edib. İkinci hissədə 4:0 hesabı dəyişməyib və 17 yaşlı idmançı debüt etdiyi U-23 Avropa çempionatının qalibi olub.
Əsmər Cankurtaran (50 kq) isə türkiyəli Songül Kavakla görüşü yüksək səviyyədə keçirib. Rəqibinə 9:3 hesabıyla qalib gələn həmyerlimiz bürünc medala sahib çıxıb.
Azərbaycan millisi bu gün Avropa...
Avropa çempionatı: Azərbaycanın qadın...
Azərbaycanın qadın güləşçisi Avropa...
Kross qaçışı üzrə Bakı şəhər yaz...
Bakıda kəndirlə mübarizə idman növü üzrə...