12 mart 2025, çərşənbə Bakı, 10°C
IMG-LOGO

ABŞ Təhsil Nazirliyi 1300 işçinin işinə son qoymağı planlaşdırır

12-03-2025
IMG

ABŞ Təhsil Departamenti  "Yenidənqurma prosesi" çərçivəsində işçilərin 1300-nü işdən çıxarmağı planlaşdırıb. 

Nazirlik səlahiyyətlilərindən biri olan Rachel Oqlesby "Yenidənqurma prosesi" nin tezliklə baş tutacağını söyləyib. Təhsil Nazirliyinin işçilərinin ümumi sayının 4 mindən çox olduğunu və onlardan 1300 nəfərin ixtisar edilməsinin planlaşdırıldığını qeyd edən Oqlesby nazirliyin Nyu York, Boston, Çikaqo və Klivlend kimi şəhərlərdəki binalarının icarə müqavilələrinə də xitam verildiyini bildirib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp  "federal bürokratiya və israfçılığı azaltmaq" üçün siyasətlər qəbul edəcəyini açıqlayıb və vəzifəyə gəldiyi gündən bu yana Ədliyyə Nazirliyi başda olmaqla müxtəlif federal qurumlarda çalışan bir çox insan işdən çıxarılıb.

Paylaş: