Pakistanda 500 nəfərin olduğu qatara silahlı hücum plub
Pakistanın cənub-qərbindəki Bəlucistan əyalətində təxminən 500 nəfərin olduğu qatara silahlı hücum edilib.
“Dawn” qəzetinin məlumatına görə, Bəlucistan hökumətinin sözçüsü Şahid Rind əyalətin Kvetta şəhərindən Hayber Paxtunxvanın Pişəvərə gedən qatara silahlı hücum edildiyini açıqlayıb.Bölgəyə təhlükəsizlik qüvvələrinin göndərildiyini bildirən Rind hadisənin miqyasını və terror hücumu olub olmadığını müəyyən etməyə çalışdıqlarını bildirib.
Dəmiryol nəzarətçisi Məhəmməd Kaşif də qatarın Kvettadakı 8 nömrəli tuneldə silahlı şəxslər tərəfindən dayandırıldığını bildirib. Səhiyyə Nazirliyinin mətbuat katibi Vaseem Baig bölgədəki Sibi xəstəxanasında fövqəladə vəziyyət elan olunduğu və hadisə yerinə təcili yardım maşınlarının göndərildiyi barədə məlumat paylaşıb.
Digər tərəfdən, qatarın dayandığı ərazinin dağlıq olması, hücum edənlərin gizlənmələrini və hücum planlaşdırmalarını asanlaşdırdığı bildirilib.
Hücum zamanı ölənlərin, yaralananların və ya əsirlərin olub-olmadığı hələlik açıqlanmayıb.
Saturn ətrafında 128 yeni peyk kəşf...
İqlim sammiti üçün Amazon meşələrində...
Çin alimləri tərəfindən insult və...
Tramp Kanadadan polad və alüminium...
Avstraliyalı xəstə süni ürəklə 100 gün...