Almaniyanın Hamburq hava limanında bütün uçuşlar təxirə salınıb
Almaniyanın Hamburq hava limanında Birləşmiş Xidmət Sektoru İttifaqının təşəbbüsü ilə başlayan etiraz tətili səbəbindən bütün uçuşlar ləğv edilib.Bu barədə Hava limanının sözçüsü Katja Bromm Almaniya mətbuatına açıqlama verib.
Bromm tətilin sabah da davam edəcəyi üçün sərnişinlərə hava yolları şirkətləri ilə əlaqə saxlamağı tövsiyə edib. Hamburqda məktəblərin yaz tətilində olması və həmkarlar ittifaqının əvvəlcədən xəbərdarlıq etmədən tətilə başlaması uçuş planları olan sərnişinləri çətin vəziyyətdə qoyub. Çünkü 40 mindən çox sərnişinlə 280 uçuş planlaşdırılmışdı.
Almaniyanın 13 böyük hava limanında çalışan işçilərin martın 10-da 24 saatlıq tətil edəcəyi daha əvvəl açıqlanmışdı.
Həmkarlar ittifaqı işçilərin əmək haqqının 8 faiz artırılması, ayda ən azı 350 avro əlavə müavinət və 3 əlavə məzuniyyət günü tələb edir.İşəgötürənlər isə bu tələbləri qəbul etməyiblər.
Danışıqların martın 14-16-da Potsdam şəhərində aparılacağı gözlənilir.
İspaniyada 18 yaşdan kiçik şəxslərə...
Fateh Sultan Mehmetin dövründə tikilən...
Ukrayna 30 günlük atəşkəs rejiminin...
Çirkab suların axıdıldığı İzmir...
Ötən il Fransada həddindən artıq istilər...