11 mart 2025, çərşənbə axşamı Bakı, 5°C
IMG-LOGO

Ermənistan – Gürcüstan sərhədində 5,1 bal gücündə zəlzələ olub

08-03-2025
IMG

Martın 8-də səhər saatlarında Ermənistanda 5,1 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar Gürcüstan sərhədindən 24 kilometr məsafədə qeydə alınıb və Gürcüstan əhalisi də zəlzələni hiss edib.

Fhnews.az xəbər verir ki, bu barədə Gürcüstan Seysmik Monitorinq Mərkəzinin rəhbəri Tea Godoladze məlumat verib.

Bildirilir ki, zəlzələnin episentri Spitak yaxınlığında, Pan-Baxsevan zonasında yerləşir. Ərazi Gürcüstanın Dmanisi bələdiyyəsinə yaxın olduğu üçün bu bölgədə də təşviş yaradıb.

Ermənistan Daxili İşlər Nazirliyinin məlumatına görə, yeraltı təkanlar Lori, Tavuş və Şirak rayonlarında 4-6 bal, Kotayk, Geqarkunik və Araqatsotn rayonlarında isə 2-4 bal, Spitak, Stepanavan və Lori vilayətinin Vanadzor şəhərlərində 2-3 bal gücündə olub.

Günorta saatlarına qədər bir neçə afterşok qeydə alınıb.

Dağıntı və tələfat barədə məlumat verilmir.

Paylaş: