KOBİA: Azərbaycan-İspaniya biznes forumu əməkdaşlıq üçün mühüm platformadır
Bakıda keçirilən Azərbaycan-İspaniya biznes forumu ölkələrimiz arasında ikitərəfli əlaqələri gücləndirmək və əməkdaşlıq üçün yeni yolları araşdırmaq üçün mühüm platformadır.
Fhnews.az xəbər verir ki, bu barədə KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda keçirilən Azərbaycan-İspaniya biznes forumunda deyib.
“Ötən il İspaniyaya məhsuldar səfərimiz olub. İspaniyanın Sənaye və Turizm Nazirliyi, Ticarət Palatası, İşəgötürənlər və Sənaye Konfederasiyası, İspaniya İxrac və İnvestisiya Təşkilatı, Milli İnnovasiya Şirkəti kimi qurumlarla ilkin əlaqələrimiz olub. Məhsuldar müzakirələr gələcək əməkdaşlığın əsasını qoyub və ümid edirik ki, ölkələrimizin bizneslərinə fayda verəcək birgə təşəbbüslər üzərində işləyəcəyik. KOBİA olaraq biz Azərbaycanda sahibkarlara və bizneslərə öz bizneslərini qurmaq, KOB-ların resurslara çıxışını təmin etmək, təlim və potensialın gücləndirilməsi proqramlarını asanlaşdırmaq kimi dəstək veririk. Əsas təşəbbüslərimizdən biri həm yerli, həm də xarici investorlar üçün “bir pəncərə” sistemi kimi nəzərdə tutulmuş dövlət xidmətlərini, biznesin qeydiyyatını və investisiyaların asanlaşdırılmasını sadələşdirən “KOB evi” modelidir. Artıq fəaliyyət göstərən 3 “KOB evi” ilə bu tipli biznesi qurmağı, inkişaf etdirməyi və idarə etməyi asanlaşdırır”, - deyə O.Məmmədov qeyd edib.
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini...
Azərbaycanda əmək müqavilələrinin sayı...
Bərdədə 11 yaşayış məntəqəsini...
Nazirlik: Azərbaycan və İspaniya...
Azərbaycan və İspaniya arasında strateji...