11 mart 2025, çərşənbə axşamı Bakı, 5°C
IMG-LOGO

Hərbi vəzifəlilərin təlim toplanışı davam edir

10-03-2025
IMG

Müdafiə Nazirliyinin cari ilin hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə keçirilən tədbirlər çərçivəsində hərbi hissələrdə ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlinin cəlb edildiyi növbəti təlim toplanışı davam edir.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, təsdiq olunan tədris proqramına və günün nizam qaydalarına müvafiq olaraq, toplanışa cəlb edilən heyətlə sıra və fiziki hazırlıq üzrə məşğələlər keçirilir.

Plana əsasən, ehtiyatdan çağırılmış hərbçilərlə milli mənəvi dəyərlərimizə bağlılığa və onların qorunmasına dair maarifləndirici söhbətlər aparılır, müxtəlif mövzularda dərslər keçirilir. Toplanış müddətində, həmçinin hərbi vəzifəlilərə Azərbaycan Ordusunun arsenalında olan müasir silah və hərbi texnikaların taktiki-texniki xüsusiyyətləri, istismar qaydaları, həmçinin effektiv döyüş tətbiqi üsulları öyrədilir.

Toplanışın əsas məqsədi ehtiyatdan çağırılan hərbi vəzifəlilərin döyüş hazırlığının, bilik və bacarıqlarının daha da inkişaf etdirilməsi, praktiki vərdişlərinin təkmilləşdirilməsi, eləcə də onlara yeni hərbi biliklərin aşılanmasıdır.

Paylaş: