12 mart 2025, çərşənbə Bakı, 11°C
IMG-LOGO

Çindən ABŞ-na yeni rəqib: Süni intellekt liderliyi təhlükədədirmi?

11-03-2025
IMG

Çində süni intellekt yarışında irəliləyiş cəhdləri dayanmadan davam edir. Bir qrup Çinli proqram mühəndisi dünyanın ilk tam avtonom süni intellekt vasitəsini hazırladıqlarını iddia edib. 

Çində yerləşən “Butterfly Effect” adlı şirkət Manus adlı ilk avtonom süni intellekt vasitəsini istifadəyə verib. Bildirilib ki, Manus uğur qazansa, bu, ABŞ-nın bu sahədəki liderliyini təhdid edə bilər.

Bloomberg xəbər verir ki, keçən həftə Manus AI istifadəçinin əsas təlimatları ilə rezyumeləri skan edə, səyahət marşrutları yarada və ehtiyatları təhlil edə bilən süni intellekt alətinin ilk versiyasını təqdim edib.

“Interesting Engineering” xəbərində Manusun təkbaşına qərarlar qəbul edə və tapşırıqları yerinə yetirə bildiyi yazılıb.

Bundan əlavə, Manusun heç bir göstəriş gözləmədən əməliyyatlar həyata keçirməsinin bəşəriyyət üçün təhlükə yarada biləcəyi ilə bağlı şərhlər edilib.

Paylaş: