Pay torpağı olan 58 mindən çox ailəyə dövlət vəsaiti hesabına çıxarış verilib
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2021-ci ilin oktyabr ayından etibarən cari ilin mart ayınadək mülkiyyət sənədləri ilə təmin edilməmiş pay torpaqlarının sahibi olan 58 min 24 ailəyə dövlət vəsaiti hesabına çıxarış verilib, 384 min 760 dövlət aktı isə çıxarışla əvəz edilib.
Fhnews.az Əmlak Məsələləri Dövlət Xidmətinə istinadla xəbər verir ki, məqsəd əhalinin sosial rifahının yaxşılaşdırılmasına, kənd təsərrüfatının inkişafı və fermerlərin subsidiyalardan faydalanmasının təmin edilməsinə, həmçinin vətəndaşların əmlak hüquqlarından daha səmərəli istifadə etməsinə, xidmətlərdən daha operativ və rahat şəkildə yararlanmasına imkan yaratmaqdır.
Qeyd olunub ki, “Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında” 7 oktyabr 2021-ci il tarixli 1455 nömrəli Fərmanın 2.1-ci bəndinə ölkə başçısı tərəfindən 28 fevral 2025-ci ildə dəyişiklik edilib. Belə ki, adıçəkilən Fərmanın öncəki redaksiyasında 2025-ci ilin yanvarın 1-dən etibarən əkin sahələrinin istifadəçilərinə aqrar sahədə subsidiyaların torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında verilməsi nəzərdə tutulub. Lakin müvafiq dəyişikliklə bu müddət 2027-ci ilin yanvarın 1-dək uzadılıb.
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini...
Azərbaycanda əmək müqavilələrinin sayı...
Bərdədə 11 yaşayış məntəqəsini...
Nazirlik: Azərbaycan və İspaniya...
Azərbaycan və İspaniya arasında strateji...