Sosial sığorta haqları üzrə daxilolmalar 11,1 faiz artıb
Cari ilin yanvar-fevral aylarında muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 958,6 milyon manatdan çox olub.
Dövlət Vergi Xidmətindən verilən məlumata görə, bu mənbədən ödəmələr əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11,1 faiz və ya 96 milyon manatdan çox artıb.
Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 15 faiz artaraq 648,4 milyon manatdan çox olub. İşsizlikdən sığorta haqları üzrə daxilolmalar 2024-cü ilin müvafiq dövrünə nisbətən 15,7 faiz artaraq 34,4 milyon manat, qeyri-büdcə təşkilatları üzrə ödəmələr isə 17,2 faiz artaraq 26,7 milyon manat təşkil edib.
Həmin dövr ərzində icbari tibbi sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 11,6 faiz artaraq 171 milyon manat olub. Qeyri-büdcə təşkilatları üzrə ödəmələr 10,8 faiz artıb və 122,3 milyon manat təşkil edib.
Azərbaycanda əmək müqavilələrinin sayı...
Bərdədə 11 yaşayış məntəqəsini...
Nazirlik: Azərbaycan və İspaniya...
Azərbaycan və İspaniya arasında strateji...
Azərbaycan-İspaniya biznes forumu...