Rusiya aeroportlarında məhdudiyyətlər aradan qaldırılıb
“Rosaviasiya” Rusiyanın bir sıra hava limanlarında təyyarələrin qəbulu və uçuşuna qoyulan məhdudiyyətlərin aradan qaldırıldığını bildirib.
Fhnews.az xəbər verir ki, martın 11-də Moskva vaxtı ilə saat 9:15-dən etibarən Moskvanın “Vnukovo”, “Domodedovo”, “Jukovski”, habelə Nijni Novqorod və Yaroslavl hava limanları normal fəaliyyətini bərpa edib.
Bu məhdudiyyətlər pilotsuz uçuş aparatlarının (PUA) Rusiyanın regionlarına kütləvi hücumu fonunda uçuşların təhlükəsizliyini təmin etmək üçün tətbiq edilmişdi.
Hazırda sadalanan bütün hava limanları normal rejimdə işləyir, reyslər məhdudiyyətsiz qəbul edilir və yola salınır.
Bundan əvvəl “Azərbaycan Hava Yolları” QSC (AZAL) Moskva hava limanlarında uçuş və enişlərə müvəqqəti məhdudiyyətlər səbəbindən Moskvadan reyslərin gecikməsi ilə bağlı məlumat vermişdi.
Saturn ətrafında 128 yeni peyk kəşf...
İqlim sammiti üçün Amazon meşələrində...
Çin alimləri tərəfindən insult və...
Tramp Kanadadan polad və alüminium...
Avstraliyalı xəstə süni ürəklə 100 gün...