Son yeddi ildə doqquz minə yaxın tarixi əsər Türkiyəyə qaytarılıb
Son yeddi il ərzində 8 min 967, 2002-ci ildən bəri isə ümumilikdə 13 min 282 tarixi əsər Türkiyədə mənsub olduğu torpaqlara qaytarılıb.
Fhnews.az xəbər verir ki, bu barədə Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy açıqlayıb.
Beş il bundan əvvəl Türkiyədə Mədəni İrs və Muzeylər Baş İdarəsinin tərkibində Qaçaqmalçılıqla Mübarizə İdarəsinin yaradıldığını xatırladan nazir bildirib ki, bu çərçivədə, dünya miqyasında həyata keçirilən əməkdaşlıqlar, hüquqi proseslər və elmi araşdırmalar nəticəsində bir çox mühüm əsər ölkəmizə geri qaytarılıb.
Mehmet Nuri Ersoy açıqlamasında “Mədəni irsimizə sahib çıxmaq məsuliyyəti ilə qaçırılan hər bir əsərimizin izini sürməyə davam edəcəyik”,-deyə bildirib.
Saturn ətrafında 128 yeni peyk kəşf...
İqlim sammiti üçün Amazon meşələrində...
Çin alimləri tərəfindən insult və...
Tramp Kanadadan polad və alüminium...
Avstraliyalı xəstə süni ürəklə 100 gün...