Yaponiyada son 50 ilin ən güclü meşə yanğını 200 binanı məhv edib, 2900 hektar ərazini yandırıb
Yaponiyanın şimal-şərqində 12 gündən bəri davam edən güclü meşə yanğını 200-dən çox binanı məhv edib və təxminən 2900 hektar ərazini yandırıb.
Fhnews.az xəbər verir ki, bu barədə Yaponiyanın Jiji Press agentliyi məlumat yayıb. Bildirilib ki, İvate prefekturasının Ofunato şəhərindəki 979 evdən 2424 nəfərin təxliyəsi ilə bağlı göstərişlər bazar ertəsi günü ləğv edilib. Fevralın 26-da başlayan yanğın nəticəsində Ofunato şəhərinin 9 faizi yanıb. Zərər çəkmiş strukturların sayının artacağı gözlənilir.
Hökumətin iclasında yanğının “ifrat dərəcədə şiddətli fəlakət” kimi təsnif ediləcəyi və yerli bərpa, yenidənqurma işləri üçün mərkəzi hökumətin subsidiyalarının artırılacağı bildirilib.
İspaniyada 18 yaşdan kiçik şəxslərə...
Fateh Sultan Mehmetin dövründə tikilən...
Ukrayna 30 günlük atəşkəs rejiminin...
Çirkab suların axıdıldığı İzmir...
Ötən il Fransada həddindən artıq istilər...