Dövlət Məşğulluq Agentliyinin “Əmək və Məşğulluq” altsistemi beynəlxalq müsabiqədə qalib seçilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi Böyük Britaniyanın “Global Banking & Finance Review” beynəlxalq qurumu tərəfindən mükafata layiq görülüb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Agentliyin “Əmək və məşğulluq” altsistemi (ƏMAS) qurum tərəfindən təşkil edilən Global Banking & Finance Awards” müsabiqəsində “İnnovasiyada mükəmməllik” kateqoriyası üzrə qalib seçilib.
Həmin mükafat altsistemin funksionallığı, aydın və izahlı istifadə metodları, innovativ tələblərə sürətli uyğunlaşması kimi meyarlara əsasən verilib.
Qeyd edək ki, müsabiqədə Azərbaycanla yanaşı, ABŞ, Böyük Britaniya, İtaliya, Xorvatiya, Portuqaliya, Türkiyə və s. daxil olmaqla 100-ə yaxın ölkədən qurumlar, regional və beynəlxalq maliyyə korporasiyaları təmsil olunub.
Naxçıvan şəhərində inşa olunan Regional...
Dumanlı hava şəraiti davam edir -...
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin...
Aqrar Sığorta Fondunun təşkilatçılığı...
Lökbatanın qaz təchizatında fasilə...