Paytaxtdakı “Vətən” restoranında istehlaka yararsız məhsullar aşkarlanıb
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Nəsimi rayonu, Tbilisi prospekti, 58 ünvanında “ATJ” MMC-yə məxsus “Vətən” restoranında yoxlama aparıblar.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, yoxlama zamanı emal sahəsində sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu, temperatur rejiminə əməl edilmədiyi məlum olub. Həmçinin iaşə obyektində baytarlıq sənədi olmayan heyvan mənşəli məhsulların və yararlılıq müddəti bitmiş kolbasa məhsullarının istehlaka təqdim edildiyi aşkarlanıb.
Emal edilmiş məhsullardan və ətlərdən nümunə götürülərək laborator müayinələrə cəlb olunub.
Faktla bağlı obyektin anbarı və çörək emalı sahəsinin fəaliyyəti məhdudlaşdırılıb, sahibkar barəsində inzibati protokol tərtib edilib.
Naxçıvan şəhərində inşa olunan Regional...
Dumanlı hava şəraiti davam edir -...
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin...
Aqrar Sığorta Fondunun təşkilatçılığı...
Lökbatanın qaz təchizatında fasilə...