11 mart 2025, çərşənbə axşamı Bakı, 4°C
IMG-LOGO

Paytaxtın bir sıra küçə və yollarında dumanlı hava ilə əlaqədar görünüş məsafəsi azalıb

10-03-2025
IMG

Hazırda paytaxtın Zığ dairəsi - Hava Limanı yolu, Heydər Əliyev prospekti, Yusif Səfərov küçəsi, Aeroport şosesi və Ziya Bünyadov prospektində dumanlı hava ilə əlaqədar görünüş məsafəsi azalıb.

Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Məlumatda xatırladılır ki, Bakıda dumanlı hava şəraiti ilə əlaqədar axşam saatlarından Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saata endirilib. Bununla bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib. Eyni zamanda, tablolarda “dumanlı yol” işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.

Paylaş: