11 mart 2025, çərşənbə axşamı Bakı, 5°C
IMG-LOGO

Trampın xəbərdarlığından sonra Vaşinqtonda evsizlərin çadırları yığışdırılır

08-03-2025
IMG

ABŞ prezidenti Donald Trampın  Vaşinqtondakı “evsiz düşərgələri” yığışdırmaq xəbərdarlığından sonra paytaxt küçələrində evsizlərin yaşadığı çadırlar yığışdırılır.

Ağ Evin sözçüsü Karolin Leavitt X hesabındakı paylaşımında paytaxt Vaşinqtonda evsiz çadırların yığılmasının görüntülərini paylaşıb. Leavitt mesajında "Gəlin, Vaşinqtonu yenidən möhtəşəm edək"-deyə fikirlərini bildirib. 

Qeyd edək ki, ABŞ prezidenti Tramp Vaşinqton şəhərinin meri Muriel Bouzeri şəhərdəki “evsiz düşərgələrə” qarşı tədbir görməyə çağırıb.

"Biz Vaşinqton merinə məlumat verdik ki, o, çirkin evsizlər düşərgələrini, xüsusən də Dövlət Departamentinin binası və Ağ Evin ətrafındakı əraziləri təmizləməlidir"-deyən  Tramp Bouzerin bu problemi həll edə bilməyəcəyi təqdirdə vəziyyətə müdaxilə edəcəyini qeyd edib.

Paytaxt Vaşinqtonun təmiz və təhlükəsiz olmasını istədiyini vurğulayan Tramp mövcud vəziyyətdən narahatlığını dilə gətirib.

Paylaş: