Azərbaycanın AQEM-ə sədrliyindən irəli gələn məsələlər və əməkdaşlığın genişləndirilməsi səyləri müzakirə olunub
Martın 11-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qazaxıstana rəsmi səfəri çərçivəsində Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibi Kayrat Sarıbay və AQEM-ə üzv dövlətlərin səfirləri ilə görüş keçirib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, görüşdə Azərbaycanın AQEM-ə sədrliyindən irəli gələn məsələlər və sədrliyin prioritetləri, AQEM çərçivəsində müzakirə olunub.
Nazir Ceyhun Bayramov ölkəmizin AQEM sədrliyinin əsas prioritetlərindən bəhs edib, bu istiqamətdə xüsusilə AQEM-ə üzv ölkələrin yerləşdikləri mühüm coğrafi mövqeni nəzərə alaraq, nəqliyyat və kommunikasiyalar sahələri üzrə əməkdaşlığın inkişaf etdirilməsinin geniş perspektivlərinin olduğunu bildirib.
Sədrliyimizin, eyni zamanda, AQEM-in institusionallaşması, fəaliyyət imkanlarının genişləndirilməsinə kökləndiyini bildirən nazir Ceyhun Bayramov bu xüsusda AQEM-in yeni qərargahının Müşavirənin işinin daha da təkmilləşdirilməsi baxımından əhəmiyyətini qeyd edib.
Söhbət zamanı, regionumuzda və dünyamızda baş verən proseslərin AQEM-in bölgədə inklüziv platforma kimi rolu və çəkisini artırdığı diqqətə çatdırılıb, bu istiqamətində sədrliyimiz müddətində göstərilən təşəbbüs və səylərin bütün üzv dövlətlər tərəfindən dəstəklənməsinin, AQEM çərçivəsində fəal iştirakçılığın vacibliyi vurğulanıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Erməniəsilli şəxslər Vardanyanın...
Azərbaycan-Şimali Makedoniya...
Ermənistanın və onun havadarlarının...
Azərbaycan ilə Gürcüstan arasında...
Qazaxıstan Prezidenti Kasım-Jomart...