12 mart 2025, çərşənbə Bakı, 10°C
IMG-LOGO

Yunanıstanda media mənsubları etiraz  tətilinə çıxıb

11-03-2025
IMG

Yunanıstanda Mətbuat İşçiləri Dərnəyinin (ESHEA) çağırışı ilə bütün mətbuat nümayəndələri 24 saatlıq etiraz tətilinə başlayıblar. Kollektiv müqavilələrin yenilənməsi və iqtisadi şərtlərin yaxşılaşdırılması tələbi ilə mətbuat mənsublarının başlatdığı tətil çərçivəsində ölkədə xəbər axını 1 gün müddətinə dayandırılıb. Radio və televiziyada xəbər bülletenləri ləğv edilib, internet saytları da xəbər yeniləmələrini dayandırdı.

Tətillə əlaqədar sabah ölkədə qəzetlər yayımlanmayacaq. Yerli vaxtla saat 05.00-da başlayan tətil sabah saat 05.00-da başa çatacaq.

Paylaş: