11 mart 2025, çərşənbə axşamı Bakı, 4°C
IMG-LOGO

Qasırğa nəticəsində Avstraliyadakı kanallar köpək balıqları ilə dolub

10-03-2025
IMG

“The İndependent” yazır ki, “Alfred” qasırğası Avstraliyada əlverişsiz hava şəraiti yaratmaqda davam edir.

Fırtınanın yaratdığı leysan yağışlar davam edərkən, Qızıl Sahil sakinləri kanallarda üzən köpək balıqlarını lentə alıblar.Vətəndaşların sosial şəbəkədə paylaşdığı görüntülər minlərlə insan tərəfindən izlənilib. Videoda köpəkbalıqlarının bulanıq sel sularında üzdüyünü aydın  görmək olar.Daşqın suyun səviyyəsinin qalxmasına səbəb olub və dəniz canlıları quruya doğru sıxışıb.

Qeyd edək ki, Avstraliyada martın 6-da “Alfred” tropik siklonu səbəbindən bölgənin bəzi ştatlarında məktəblər bağlanıb, ictimai nəqliyyat xidmətləri dayandırılıb.

Paylaş: