11 mart 2025, çərşənbə axşamı Bakı, 5°C
IMG-LOGO

Xorvatiyada keçiriləcək Avropa Kubokunda iştirak edəcək yeniyetmə cüdoçular bəlli olub

10-03-2025
IMG

Azərbaycanın yeniyetmə cüdoçuları Avropa Kubokunda iştirak edəcək.

Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, Xorvatiyanın Poreç şəhərində təşkil olunacaq yarışda ölkəmizi 5 çəki dərəcəsində 14 qız idmançı təmsil edəcək.

Bunlar Mədinə Hüseynova (40 kiloqram), Fatimə Abdullayeva, Xədicə Abdullayeva, Gülşən Hüseynova (hamısı 44 kiloqram), Leyla Ələkbərova, Nigar Məmişova, Nərmin Ağamirzadə, Nərgiz Əhmədova (hamısı 48 kiloqram), Gülnaz Məmmədtağıyeva, Aysun Məmmədova, Səmayə Yusifli, Nəzakət Vəliyeva (hamısı 57 kiloqram), Fidan Cəlilli və Mələk Bayramlıdır (hər ikisi 70 kiloqram) tatamiyə çıxacaq.

Qeyd edək ki, Avropa Kuboku 15-16 martda keçiriləcək.

Paylaş: